<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>96</hymn_number>
<title>Səmavi Atamız, Ulu Yaradan İL96</title>
<lyrics>[V1]
 Səmavi Atamız, Ulu Yaradan,
 İsmin hər bir dildə müqəddəs olsun.
 Padşahlığın gəlsin, daim ucalsın,
 Yerdə Göydəki tək iradən olsun.

[C1]
   Amin, amin, amin, amin.

[V2]
 Gündəlik ruzunu hər gün ver bizə,
 Biz Sənə borcluyuq, bizi bağışla.
 Hiyləgər düşməndən Sən qurtar bizi
 İsminə oxunsun izzət, alqışlar.

[V3]
 Külli - İxtiyarsan, Rəbb Allahımız,
 Həmişə gücsüzə durmusan zamin.
 Padşahlığın möhkəm, Özün Hökmran
 Tək Sənə şükürlər söylənsin, amin.</lyrics>
</song>